...

GTZ və Azərbaycanın təhsil nazirliyi kənd təsərrüfatı üzrə kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək

Cəmiyyət Materials 21 Fevral 2006 17:00 (UTC +04:00)

Almaniya texniki əməkdaşlıq cəmiyyəti (GTZ) Azərbaycanın kənd təsərrüfatı akademiyasında magistrlərin hazırlığına dəstək göstərəcək. AR Təhsil Nazirliiyndə Trend ə bildirilib ki, bu barədə nazir Misir Mərdanovun GTZ layihəsinin rəhbəri Herbert Ştrebellə görüşündə söhbət aparılıb.

H.Ştrebel nazirə bildirib ki, GTZ layihəsi çərçivəsində 35 azərbaycanlı tələbə artıq menecer ixtisası üzrə təhsil alıb. Hazırda magistrlərin hazırlığı ilə bağlı işlər aparılır.

Layihənin rəhbəri strukturun ölkə regionlarının bir sıra kolleclərində kənd təsərrüfatı üzrə kadrların hazırlığı layihəsinin gerçəkləşdirilməsinə kömək etmək niyyətini bildirib. O, bu kolleclərə Almaniyanın ali məktəblərini bitirmiş məzunların müəllim kimi göndərilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, hazırda 6 azərbaycanlı tələbə Almaniyada təhsil alır.

M.Mərdanov GTZ nümayəndəsinə yeni birgə layihə hazırlanmasını, layihənin gerçəkləşdirilməsi üçün işçi qrupun yaradılmasını, bu ilin may ayında beynəlxalq tematik konfransın keçirilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti