...

Nijad Şıxəlizadə EJU reytinqində on birinci yeri tutur

Cəmiyyət Materials 24 Fevral 2006 17:35 (UTC +04:00)

Cudo üzrə dünya çempionatının bürünc mükafatçısı Nijad Şıxəlizadə Avropa cudo İttifaqının (EJU) növbəti reytinqinin yekunlarına əsasən on birinci yeri tutur.

Trend bildirir ki, azərbaycanlı atlet altmış yeddi xal toplayıb və bu, onun 66 kq-dək çəki dərəcəsində ən yaxşıların sırasına çıxmasına imkan verib. Beləliklə, o, Fransadan olan Dmitri Draqinlə eyni göstəriciyə malikdir, amma o, turnir cədvəlində Nijaddan öncədir.

Eyni zamanda 66 kq-dək çəki dərəcəsində üçqat Avropa çempionu Elçin İsmayılov əlli xalla on üçüncü mövqedədir və braziliyalı Joao Derli liderdir.

Qeyd etmək lazımdır ki, reytinq cudoçuların dünya, Avropa çempionatları və "A" qrupunda keçirilən turnirlərdəki çıxışları əsasında tərtib olunub.

Xəbər lenti

Xəbər lenti