...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri İraqdakı son hadisələrlə bağlı narahatlığını bildirib

Cəmiyyət Materials 25 Fevral 2006 11:16 (UTC +04:00)

Bu gün şiələrlə sünnilər arasında baş verən qarşıdurmalar böyük qarmaqarışıqlığa, qarşıdurmalara və hətta dövlətlər arasında müharibəyə gətirib çıxara bilər. Trend in verdiyi xəbərə görə, bu barədə fevralın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazdadə son günlər İraqda baş verən hadisələrə həsr olunan mətbuat konfransında bildirib.

Onun fikrincə, iki dini cərəyan arasında baş verən toqquşmalar çox faciəli sonluqla nəticələnə bilər. O, İraqda baş verən hadisələrin digər ölkələrə də keçməsinin mümkünlüyünü istisna etməyib.

İraqda sünnilərlə şiələr arasında qarşıdurmalar barədə qabaqcadan informasiyaya malik olduğunu qeyd edən A. Paşazadə bu hadisələrin "xaricdəki qüvvələrin" ssnerasi əsasında baş verdiyini bildirib. "Ona görə də Samirə şəhərində baş verənlər adi hadisələr deyil. Orada partlayışları törədənlər müsəlmanlar deyil. Çünki müsəlman olan kəs bunu edə bilməz. Bu işdə xüsusi qrupların əli var", - deyə o bildirib.

A. Paşazadə dindarlara və ziyalılara otnların da bu hadisələrə münasibətlərini bildirməsi üçün müraciət edib. "Biz dindarlar bunu anlamalıyıq və qarşıdurmaların qarşısının alınması üçün öz səsimizi qaldırmalıyıq. Axıdılan qan müsəlman qanıdır", - deyə o bəyan edib. A. Paşazadənin fikrincə, bu qarşıdurmalar srn vaxtlar müsəlmanların dirçəlməsindən narahat olan qüvvələr tərəfindən törədilən təxribatdır.

Xəbər lenti

Xəbər lenti