...

Qran-Pri turnirində çıxış edəcək Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının rəqibləri müəyyən olunub

Cəmiyyət Materials 2 Mart 2006 11:55 (UTC +04:00)

Qran-Pri turnirində çıxış edəcək Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının rəqibləri müəyyən olunub. Turnir 3 mərhələdən ibarət olacaq.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışların 1-ci raundunu Faiq Qarayevin yetirmələri avqustun 18-20-də Honkonqda keçirəcək. Burada voleybolçularımız Çin, Rusiya və Tailand yığmaları ilə güclərini sınayacaq. komandanın İtaliya, Kuba və Tailand yığmaları ilə növbəti 3 görüşü isə 5 gündən sonra Taypeyada baş tutacaq. Daha sonra komanda 3-cü mərhələdə iştirak etmək üçün Çinə yola düşəcək. Yarışların sonuncu mərhələsi çərçivəsində yığma Çin, Kuba və Polşa ilə oynayaraq final mərhələsində çıxış etmək hüququ əldə edəcək ən yaxşı 5 komanda sırasına daxil olmq üçün səy göstərəcək.

Qeyd etmək lazımdır ki, turnir çərçivəsində həlledici görüşlər sentyabrın əvvəllərində Recio Kalabriyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti