...

Redaktorlar Birliyi ölkə jurnalistlərinin forumunu keçirəcək

Cəmiyyət Materials 17 Mart 2006 19:36 (UTC +04:00)

Redaktorlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə yaxın bir ay ərzində ölkə jurnalistlərinin forumu keçiriləcək. Bu barədə Trend ə Redaktorlar Birliyinin üzvü, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib.

O bildirib ki, Redaktorlar Birliyi ölkə jurnalistlərinin forumunu keçirmək haqqında qərar qəbul edib. Bu forum əsasən, Azərbaycan mediası ilə hökumət orqanları arasındakı problemlərin həllinin müzakirəsi məqsədilə çağırılır. Tədbirdə bu müstəvidə mövcud problemlər ətrafında müzakirələr aparılacaq. Forumda 200-ə yaxın jurnalistin, beynəlxalq qurumların, diplomatik korpusun nümayəndələrinin, həmçinin hökumət təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Q.Zahidin sözlərinə görə, Prezident Aparatından, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərindən, Baş Prokurorluqdan və digər dövlət strukturlarından səlahiyyətli nümayəndələr jurnalistlərin forumuna dəvət olunacaqlar. Tədbirin keçirilmə vaxtı Redaktorlar Birliyinin növbəti iclasında müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti