...

Apellyasiya Məhkəməsində MSK-ya qarşı məhkəmə iclası martın 28-ə təxirə salınıb

Cəmiyyət Materials 27 Mart 2006 18:05 (UTC +04:00)

Martın 27-də Apellyasiya məhkəməsində 44 saylı Sumqayıt- Abşeron seçki dairəsindən deputatlığa namizəd, AMİP-in Sumqayıt şəhər təşkilatının sədri Dünyamin Əhmədlinin Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddia ərizəsinə baxılıb. Trend in məlumatına görə, hakim İlqar Dəmirovun sədrliyi ilə keçən məhkəmə iclasında MSK-nı komissiyanın hüquqşünası Qabil Orucov təmsil edib.

Məhkəmədə izahat verən Dünyamin Əhmədli ona qarşı qanunsuzluq edildiyini və qərəzli yanaşıldığnı iddia edib. Məhkəmə MSK nümayəndəsindən D.Əhmədlinin 44 saylı dairə seçki komissiyasına təhvil verdiyi imza vərəqələrinin məhkəməyə təqdim edilməsini tələb edib. İmzaların yenidən ekspertizasının aparılması səbəbi ilə apellyasiya prosesi martın 28-nə təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti