...

Avropa Parlamentində Avropa Azərbaycanlı Tələbələr Forumu keçiriləcək

Cəmiyyət Materials 5 Aprel 2006 11:56 (UTC +04:00)

Bu il mayın 29-da Brüsseldə Avropa Parlamentinin binasında Avropa Azərbaycanlı Tələbələr Forumu keçiriləcək. Bu barədə Trend ə tədbirin təşkilatçılarından biri, Belçikada yaşayan soydaşımız Araz Aslanlı məlumat verib.

"Azərbaycan: Avropa Birliyinə inteqrasiya yolunda" mövzusunda keçiriləcək geniş forumda Azərbaycanın Avropa Birliyinə inteqrasiyası, bu istiqamətdə görülən strateji hazırlıqlar, ölkəmizin gələcəkdə Avropa ailəsinə tamhüquqlu üzv olması, cəmiyyətdə hüququn aliliyinin, demokratiyanın, insan hüquqlarının və azad bazar iqtisadiyyatının təmin olunması məsələləri müzakirəyə çıxarılacaq.

Avropada təhsil almış azərbaycanlı gənclərin bir qrupu ölkəmizin mənafeyinin Avropa Birliyi səviyyəsində müdafiəsi məqsədilə qüvvələri birləşdirərək, Avropa Azərbaycanlı Tələbələr Şəbəkəsi yaratmaq təşəbbüsünü irəli sürüblər. Bununla bağlı 29 mayda Brüsseldə bir günlük forum keçirilməsi nəzərdə tutulub. Tədbirdə iştirakçılarlarla bərabər, qonaqlar, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbərliyi, Azərbaycanın Avropa Birliyi yanında səfiri Arif Məmmədov və digər şəxslər çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti