...

Penitensiar sistemdə aparılan islahatlar müzakirə olunur

Cəmiyyət Materials 5 Aprel 2006 18:56 (UTC +04:00)

Aprelin 5-də Avropa Şurasının nümayəndələri və Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi rəhbərliyi Azərbaycanın penitensiar sistemində aparılan ishalatlarla bağlı görüş keçiriblər. Bu barədə Trend ə MQİBİ şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

"Məlum olduğu kimi, 11 yanvar 2006-cı il tarixdə Avropa Şurasının Nazirlər Komitəsi "Avropa Şurasının penitensiar qaydaları"nı qəbul olunub. Bu qaydalara uyğun olaraq AŞ üzvü olan ölkələrdə penitensiar sistemdəki vəziyyət öyrənilir. AŞ nümayəndələrinin Bakıya gəlişi də bununla bağlıdır. Görüşdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Nazim Ələkbərov və idarənin şöbə rəisləri qonaqlara Azəraycanın penitensiar sistemindəki vəziyyətlə bağlı ətraflı məlumatlar veriblər və geniş müzakirələr aparılıb" - deyə R.Ramazanov bildirib.

Şöbə rəisinin sözlərinə görə, müzakirələr aprelin 7-də davam etdiriləcək. Müzakirələrin nəticələri qiymətləndiriləndən sonra AŞ-da müzakirəyə çıxarılacaq.

Görüşdə AŞ koordinatoru Roman Huna, ekspertlər xanım Hilde Tyubeks, Almaniyadan Tomas Müller, o cümlədən

MQİBİ rəisi Nazim Ələkbərov, MQİBİ-nin qərargah rəisi Musa Hümbətov, əməliyyat şöbəsinin rəisi İlham Cəfərov, məhkumların əməyinin təşkili, mühafizəsi və istifadəsi şöbəsinin rəisi Ədalət Bədirov iştirak edib.

Xəbər lenti

Xəbər lenti