...

Əhməd Savaş: Rusiya, Almaniya və Azərbaycan turistləri Şimali Kiprdə dincələcəklər

Cəmiyyət Materials 7 Aprel 2006 16:44 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri ilə Almaniya, Rusiya və Azərbaycan bazarlarında fəaliyyət göstərən turizm agentlikləri və operatorları arasında 2006-2007-ci illərdə bu ölkələrdən Şimali Kiprə turistlərin cəlb olunmasına dair saziş bağlanıb. Bu barədə Trend ŞKTC KİV-ə istinadən məlumat verir.

Məlumata görə, Yaxın Şərq Universitetinin ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Əhməd Savaş jurnalistlərlə söhbətində bildirib ki, bu sazişlər dünyanın 183 dövlətindən 11 min şirkətin təmsil olunduğu "İTB-200" Berlin sərgisində bağlanıb.

Ə.Savaşın sözlərinə görə, qeyd olunan ölkələrin KİV-də reklam bloklarının yerləşdirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti