...

2006-cı ildə Azərbaycanda 230 yeni məktəb və əlavə korpuslar tikiləcək

Cəmiyyət Materials 8 Aprel 2006 11:16 (UTC +04:00)

2006-cı ildə ölkə prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq Azərbaycanda məktəb tikintisi sahəsində ciddi işlər həyata keçiriləcək.

Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, məktəb tikintisi üzrə dövlət proqramlarının, Heydər Əliyev Fondunun və Səudiyyə İnkşaf Fondunun layihələri əsasında 91 min 572 yerlik 230 yeni məktəb və əlavə korpuslar (163+67) tikiləcək.

Eləcə də 69 məktəbdə əsaslı təmir işləri aparılacaq. Cari ildə 59 məktəb təmir ediləcək. Əvvəlki illərdən fərqldi olaraq 2006-cı ildə Təhsil Nazirliyinin xətti ilə də əsaslı təmir işləri həyata keçiriləcək. Plana görə, ölkənin 32 regionunda 46 tədris müəssisəsi , eləcə də 44 məktəb və 2 uşaq bağçası əsaslı təmir ediləcək.

Cari ildə məktəblərin tikintisi və təmiri üzrə Heydər Əliyev Fondunun proqramına ölkədə qəza vəziyyətində olan orta məktəblər üçün yeni binaların tikintisi, onların yanında əlavə korpusların tikintisi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması daxildir. Proqram 2006-cı ildə 16277 yerlik yeni məktəb binalarının tikintisi, 12 məktəbin yanında 2460 yerlik əlavə korpusun tikintisi, 12 məktəbdə əsaslı təmir daxildir. Bu proqram ölkənin bütün regionlarını əhatə edir.

Bundan əlavə, Bakının Abşeron, Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında 12 məktəbdə əlavə korpus tikiləcək, 12 məktəb isə əsaslı təmir olunacaq.

Xəbər lenti

Xəbər lenti