...

Azərbaycan və Avstriya Ali Məhkəmələri arasında anlaşma memorandumu imzalanıb

Cəmiyyət Materials 10 Aprel 2006 13:54 (UTC +04:00)

Aprelin 10-da Azərbaycan Respublikası Ali Məhkəməsinin mərkəzi aparatında Azərbaycan və Avstriya respublikalarının Ali Məhkəmələri arasında anlaşma memorandumu imzalanıb. Trend xəbər verir ki, sənədi Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Avstriya Ali Məhkəməsinin sədri Yoxan Reşut imzalayıb.

Ramiz Rzayev qonağın nəzərinə çatdırıb ki, hələ 2000-ci ilin əvvəlindən başlayaraq Azərbaycanla Avstriya arasında ayrı-ayrı sahələrə dair bir sıra sazişlər imzalanıb. Xüsusilə də hüquq-mühafizə sahəsində imzalanmış sazişlər Azərbaycanın daxili işlər, prokurorluq və ədliyyə orqanlarının işinə müsbət təsir göstərib. Daha sonra R.Rzayev qonağa Azərbaycanın məhkəmə sahəsində son illər baş verən dəyişikliklər, islahatlar barədə məlumat verib.

R.Rzayev həmçinin qonağa Azərbaycan prezidentinin imzaladığı məhkəmələrin işinin yaxşılaşdırılmasına dair 19 yanvar 2006-cı il tarixli fərmanla və fərmandan irəli gələn işlərlə bağlı məlumatlar verib. R.Rzayev qeyd edib ki, bu fərmanla Azərbaycanın regionlarında iqtisadi və apellyasiya məhkəmələrinin açılması, hakimlərin, prokruorların və vəkillərinin sayının artırılması, vətəndaşları keyfiyyətli hüquqi yardım göstərilməsi nəzərdə tutulub. "Məhkəmə sahəsində aparılan islahatlar Azərbaycan prezidenti İlham Əliyevin məhkəmə sahəsinə göstərdiyi diqqətdən irəli gəlir" - deyə R.Rzayev qeyd edib.

Daha sonra Ramiz Rzayev iki ölkənin məhkəmə qurumu arasında imzalanan sənədin Azərbaycanın məhkəmə sahəsi üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, memorandumun şərtlərinə uyğun olaraq ölkələr arasında aparılacaq təcrübə mübadiləsi, qarşılıqlı münasibətlər tez ibr zamanda hər iki ölkənin məhkəmə sistemind öz səmərəsini göstərəcək.

Avstriya Respublikası Ali Məhkəməsinin sədri Yoxan Reşut səmimi qəbula görə Ali Məhkəmənin sədrinə və məhkəmənin hakim heyətinə öz təşəkkürünü bildirib. Y.Reşut qeyd edib ki, Azərbaycanın məhkəmə sisteminin vəziyyəti ilə bağlı dinlədiyi məlumatlardan belə qənaətə gəlib ki, ölkədə tam müstəqil, demokratik məhkəmə sistemi fəaliyyət göstərir. O, imzalanan memorandumun əhəmiyyətindən danışaraq məhkəmələr arasında təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Lakin qonaq eyni zamanda ölkələrin əhali sayına görə eyni olmasına baxmayaraq Azərbaycanın Ali Məhkəməsində vur-tut 28, Avstriyanın Ali Məhkəməsində isə 57 hakimin fəaliyyət göstərməsinə də təəccübünü gizlətməyib.

Xəbər lenti

Xəbər lenti