...

2006-cı ildə Azərbaycanda azsaylı xalqlar üçün 11 adda dərsliklər nəşr ediləcək

Cəmiyyət Materials 11 Aprel 2006 12:49 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda yaşayan azsaylı xalqların dillərində 11 adda 32 300 nüsxə dərslik nəşr ediləcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Cari ildə I-XI siniflər üçün 102 adda, I-II siniflər üçün 52 adda, I-XI siniflər üçün 39 adda, o cümlədən, təlim Azərbaycan dilində olan məktəblər üçün 49 adda, təlim rus dilində olan məktəblər üçün 42 adda dərsliklər nəşr ediləcək.

2006-cı ildə nəşr ediləcək 102 adda dərslikdən 52-si yenidir. Hazırda 15 adda yeni dərslik hazırlanma mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti