...

Viktor Dmitriyev: Azərbaycan saxta dərmanlarla mübarizə sahəsində böyük perspektivlərə malikdir

Cəmiyyət Materials 21 Aprel 2006 13:36 (UTC +04:00)

Azərbaycan saxta dərmanlarla mübarizə sahəsində böyük perspektivlərə malikdir. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 21-də MDB-nin dərman vasitələrinin standartlaşdırılması, qeydiyyatı və keyfiyyətinə nəzarət üzrə dövlətlərarası komissiyasının sədri Viktor Dmitriyev bəyan edib.

Onun sözlərinə görə, müxtəlif rəylər üzrə saxta dərman preparatlarının həcmi 5%-dən 10%-dək təşkil edir. "Bu, bizim azərbaycanlı mütəxəssislərlə görüşümüz zamanı əsas mövzu oldu", - deyə V. Dmitriyev bildirib.

O, həmçinin bildirib ki, birlik çərçivəsində bu sahədə işlərin səviyyəsini özündə birləşdirən razılaşmanın layihəsi hazırlanıb. Layihə aşkarlanan saxtakarlıq faktları üzrə operativ informasiya mübadiləsini, bu dərmanların dövriyyəsi ilə mübarizə üçün normativ-hüquqi bazanın yaradılmasını, bu istiqamətdə ixtisaslaşdırılmış kadrların hazırlanmasını nəzərdə tutur.

Komissiyanın rəhbəri Azərbaycanın səhiyyə sistemindəki son islahatlardan, xüsusilə də keyfiyyətli dərman preparatları məsələsinin nizamlanması üçün İnnovasiya və Təchizat Mərkəzinin yaradılmasından razı qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti