...

Kənd yerlərində çalışan pedaqoji kadrların həvəsləndirilməsi tədbirləri gücləndirilib

Cəmiyyət Materials 21 Aprel 2006 17:28 (UTC +04:00)

Kənd yerlərində çalışan pedaqoji kadrların həvəsləndirilməsi tədbirləri gücləndirilib. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, bu barədə müvafiq sərəncamı təhsil naziri Misir Mərdanov imzalayıb.

Sənədə müvafiq olaraq bu kateqoriyadan olan pedaqoji kadrların əmək haqlarının artırılması, yerləşmək üçün onlara əlavə vəsaitlərin, eləcə də xüsusi kompensasiyaların verilməsi nəzərdə tutulub. Hazırda 2006-07-ci illərdə İnkişaf proqramının iqtisadi göstəricilərinin yeniləşmiş variantı hazırlanır və bu materiallar Azərbaycanın Maliyyə Nazirliyinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti