...

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycan rəhbərliyi ilə görüşəcək

Cəmiyyət Materials 24 Aprel 2006 17:49 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çon-Vuk Linin Bakıya qarşıdakı səfəri zamanı onun ölkə rəhbərliyi ilə görüşü planlaşdırılıb. Bu barədə Trend ə BMT-nin Bakı ofisindən məlumat verilib.

Təşkilat sədrinin aprelin 25-dən başlanacaq ikigünlük səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, səhiyyə naziri Oqtay Şirəliyev, eləcə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ilə görüşü gözlənilir.

Ofisdən bildirilib ki, Çon-Vuk Linin səfərində əsas məqsəd ÜST ilə Azərbaycan hökuməti arasında daha sıx əməkdaşlıq imkanları müzakirə olunacaq, səhiyyə sahəsində problemlər və nailiyyətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti