Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan ombudsman aparatından məlumat verilib.
Səfərdə məqsəd - Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 5-7-də Bakıda "İnsan hüquqlarının qorunmasının təkmilləşdirilməsi məsqsədilə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri"nə həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.
Azərbaycanda Rusiya İli çərçivəsində təşkil olunmuş konfransda RF-nin 20-dən artıq subyektinin insan hüquqları üzrə müvəkkillərinin, Milli Məclis deputatlarının, dövlət strukturları nümayəndələrinin və ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının iştirakı gözlənilir.
Konfransda "İnsan haqları və demokratik dəyərlər: ombudsmanların təcrübəsi", "MDB ölkələrində yuvenal ədliyyənin inkişafı", "Hüquq maarifçiliyi ombudsmanın fəaliyyətinin əsas istiqaməti kimi" və digər mövzular dinləniləcək. Ayrı-ayrı sessiyalarda tədbir iştirakçıları təcrübə və fikir mübadiləsi aparacaq.