...

Azərbaycan ombudsmanı beynəlxalq konfransda qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması məsələsini qaldıracaq

Cəmiyyət Materials 26 Aprel 2006 12:57 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova aprelin 26-da İstanbulda öz işinə başlayacaq "Demokratiyanın möhkəmlənməsində ombudsmanların rolu" adlı beynəlxalq konfransında qaçqınların və məcburi köçkünlərin hüquqlarının pozulması məsələsini qaldıracaq. Qeyd edək ki, konfrans Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QİƏTPA)-nın dəstəyi ilə keçirilir. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Konfransa təşkilata üzv olan bütün 12 dövlətin Bolqarıstanın, Yunanıstanın, Rumıniyanın, Serbiya və Çernoqoriyanın, Türkiyənin, Albaniyanın, Rusiyanın, Ukraynanın, Moldovanın, Azərbaycanın, Gürcüstanın və Ermənistanın nümayəndələri dəvət olunub. İki gün ərzində ombudsman institutlarının insan haqlarının müdafiəsi, demokratiyanın möhkəmlənməsi, hüquqi vətəndaş cəmiyyəti quruculuğu və s. Məsələlər müzakirə olunacaq.

Ombudsman E.Süleymanova konfrans iştirakçılarını insan haqlarının müdafiəsi sahəsində ölkədə keçirilən sosial islahatlar barədə məlumatlandıracaq.

Xəbər lenti

Xəbər lenti