...

Milli Teleradio Şurası Mətbuat Şurası ilə birgə Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edəcək

Cəmiyyət Materials 1 May 2006 19:34 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı "dəyirmi masa" keçirəcək. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

"Azərbaycan mediasının bu günü və sabahı" mövzusunda keçiriləcək tədbirdə 50-dək jurnalist təşkilatı nümayəndəsinin, KİI mütəxəssislərinin, ekspertlərin iştirakı gözlənilir. "Dəyirmi masa" da ölkə mediasının hazırkı durumundan, problem və çətinliklərdən danışılacaq, bundan çıxış yolları ilə bağlı müzakirələr aparılacaq.

Beynəlxalq günlə əlaqədar düzənlənən tədbir saat mayın 3-də 15.00-da "Park İNN" otelində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti