...

Azərbaycan boksçuları Əhmed Comərtin xatirə turnirində iştirak edəcək

Cəmiyyət Materials 3 May 2006 16:00 (UTC +04:00)

Azərbaycanın boks komandası İstanbulda mayın 2-də başlanmış Əhmed Comərtin xatirə turnirində iştirak edəcək.

Milli Federasiyanın baş katibi Tofiq Babanlının Trend ə bildirdiyinə görə, kollektivin tərkibinə Məhəmməd Əhmədov (48 kq), Elşad Quliyev (51 kq), Əliyar Vəlişov (54 kq), Şahin İmranov (60 kq), Ruslan Xeyirov, Nəsimi Aydınov (hər ikisi 69 kq), Kənan Qədimov (75 kq), Zaur Teymurov və Cavid Tağıyev (hər ikisi 81 kq), eləcə də Azər Məmmədov (91 kq) daxildir. Ehtimallara görə, yarışlardan sonra Məmməd Eyvazovun rəhbərlik etdiyi məşqçi heyəti Moskvada keçiriləcək Avropa çempionatında çıxış etməli olan oyunçuları müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti