...

Azay Quliyev: "Əfv Komissiyasının tərkibi beş ildən bir formalaşmalıdır"

Cəmiyyət Materials 5 May 2006 16:52 (UTC +04:00)

Prezident yanında Əfv Komissiyasının tərkibi beş ildən bir formalaşmalıdır. Trend xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü, Milli QHT forumunun prezidenti, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, Əfv Komissiyasının indiki tərkibi 2001-ci ilin iyununda formalaşıb: "Yeni tərkibin formalaşdırılması prezidentin səlahiyyətindədir". Millət vəkili növbəti amnistiyanın ola biləcəyi ilə bağlı gəzən söhbətlərə də aydınlıq gətirib. Bunun mümkünsüzlüyünü bir neçə amillə izah edib. Bildirib ki, son iki ildə prezidentin 10-a yaxın fərmanı nəticəsində 2500 məhbus azadlığa çıxıb: "Bir neçə dəfə əfv olunan insan azadlığa çıxdıqdan sonra yenidən cinayət törədir. Ona görə də əfv və amnistiyanın verilməsinə sadə baxmaq olmaz. Bu məsələnin nəticələri əvvəlcədən hesablanmalıdır".

A.Quliyev onu da bildirib ki, Əfv Komissiyasına müraciətlər daxil olmaqdadır. Ancaq komissiyanın nə vaxt toplantı keçirəcəyi ilə bağlı hələ ki, dəqiq tarix myəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti