...

Aynur Sofiyeva yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

Cəmiyyət Materials 6 May 2006 15:04 (UTC +04:00)

Aynur Sofiyeva Milli Olimpiya Komitəsinin qərargahında keçirilən hesabat-seçki konfransında Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilib.

Trend agentliyinin məlumatına əsasən, Federasiyanın vitsa-prezidenti Faiq Həsənov son 4 il ərzində görülmüş işlər haqqında məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda istedadlı idman ustalarından ibarət yeni nəsil formalaşıb. Bundan əlavə, ölkənin bir çox rayonlarında perspektivli uşaqlar yetişdirən şahmat məktəbləri fəaliyyət göstərir. "Nəticələr göz qabağındadır. Bizim gənclərdən ibarət yığmamız ən güclü Avropa komandaları sırasına daxildir, dünya reytinq cədvəlində isə birinci onluqdadır. Bu, bizi sevindirməyə bilməz" - deyə F.Həsənov bildirib. O həmçinin deyib ki, son illərdə Federasiya kontinent birinciliyi, gənclər arasında dünya birinciliyi keçirmək hüququna nail olub.

Konfrans iştirakçıları Federasiyanın işini qənaətbəxş hesab edərək, təşkilatın nizamnaməsinə müəyyən dəyişikliklər edib. Daha sonra A.Sofievanın Federasiyanın prezidenti vəzifəsinə namizədliyi dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti