...

Səhiyyə Nazirliyi talassemiya xəstələri üçün qanvermə kampaniyası keçirir

Cəmiyyət Materials 8 May 2006 19:05 (UTC +04:00)

Səhiyyə Nazirliyi mayın 8-də - Ümumdünya talassemiya günündə talassemiyalı xəstələr üçün qanvermə kampaniyası keçirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Trend ə verilən məlumata əsasən, ölkədə 1000 talassemiya xəstəsi qeydə alınıb. Bu xəstələrin müalicəsi gündüz stasionarı şəraitində aparılır. Ölkəmizdə 4 qündüz stasionarı fəaliyyət göstərir, bunlardan ikisi Bakı şəhərində (Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutununda və Respublika Klinik Uşaq Xəstəxanasında), ikisi isə Gəncə və Şəki Qanköçürmə Mərkəzlərinin nəzdində yerləşir.

Talassemiyanın ağır formalarının əsas müalicəsi xəstələrə bütün ömürləri boyu hər ay qan koçürülməsindən və dəmirqovucu preparatlar vasitəsi ilə artıq dəmirin orqanizmdən çıxarılmasından ibarətdir.

Onun dediklərinə görə, 2005-ci ildə Milli Məclis "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunu"nu qəbul edib. Dövlət başçısı isə bu qanunun tətbiq edilməsi barədə xüsusi fərman imzalayıb. Bu fərmanin icrası məqsədi ilə proqram hazırlanaraq, Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli, 15 saylı qərarı ilə təsdiq olunub. Bu sənədlərə əsasən,talassemiyalı xəstələrin müalicəsini tam təmin etmək məqsədi ilə hər il dövlət büdcəsindən lazım olan qədər vəsaitin ayrılması və müalicənin pulsuz aparılırması nəzərdə tutulub.

Səhiyyə naziri 2006-cı ilin martın 10-da bu proqramın həyata keçirilməsi barədə əmr imzalayıb. Əmrin icrası nəticəsində kifayət qədər desferal preparatı, leykositar filtrlər və digər tibbi materiallar əldə edilb.

Xəbər lenti

Xəbər lenti