...

Ermənilər konyak çəlləkləri düzəltmək üçün nadir ağac növlərini fransızlara satırlar

Cəmiyyət Materials 17 May 2006 19:54 (UTC +04:00)

Ermənilər 1992-ci il mayın 17-də işğal etdikləri Laçın rayonunun Picanis və Hacışamlı meşə massivlərindəki nadir ağac növlərini, o cümlədən, qırmızı palıd ağaclarını konyak çəlləkləri hazırlamaq üçün fransızlara satırlar. Trend in Ekologiya və Təbii sərvətlər Nazirliyinin press-relizinə istinadən verdiyi xəbərdə bildirilir ki, rayonun meşə təsərrüfatı idarəsinin direktoru Ayaz Abbasovdan alınan məlumata görə, elə həmin ərazidə sonradan İrana mebel istehsalı üçün satılan iri qoz ağacları kəsilir. Digər şahid ifadəsi isə Laçın rayonunun Hacılar-Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsinin qırılması, evlərin yandırılması, qəbiristanlıqların buldozerlə dağıdılması faktlarını üzə çıxarıb.

Bu gün Laçının işğalından 14 il keçir. Bu müddət ərzində təbiətimizin itirdiklərini kiçicik bir məqalədə tam əhatə etmək mümkün olmasa da, ekoloji terrora son qoyulmazsa, gələcəkdə görmək və acısını dadmaq hamıya nəsib ola bilər.

Respublikamızın qoşulduğu Beynəlxalq Konvensiyaların müddəalarından, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların tribunalarından davamlı çıxışlar etmək, hər kəsin öz imkanı daxilində təbiətimizin məhvinə yönəldilmiş zorakılıqları faktlarla dünya ictimaiyyətinə çatdırmaq, bu sahədə Dövlətimizə dəstək vermək isə Vətənini sevən hər bir vətəndaşımızın borcudur.

Xəbər lenti

Xəbər lenti