...

Vatikanın rəsmi nümayəndəsinin Bakıya səfər proqramı açıqlanıb

Cəmiyyət Materials 18 May 2006 15:25 (UTC +04:00)

Vatikanın rəsmi nümayəndəsi, dövlətlərlə əlaqələr üzrə arxiyepiskop-katibi, monsenyor Covanni Layolonun Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Trend ə Vatikanın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Səfər mayın 19-dan 23-nə kimi keçiriləcək. Səfərdə məqsəd Tereza Ana Şəfqət ordeni bacılarının işlədikləri kasıblar üçün evlərin açılışında iştirak etməkdir.

Monsenyor eləcə də Bakıdakı yeni katolik kilsəsinin tikiləcəyi yerə də baş çəkəcək.

Bazar günü saat 12.30-da arxiyepiskop Bakıdakı Rolma katolik kilsəsində keçiriləcək dini mərasimdhə iştirak edəcək.

D.Layolo səfər zamanı Azjərbaycan prezidenti İlham Əliyevlə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşüür Paşazadə ilə, Azərbaycan parlamentinin nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti