...

Vakant hakim vəzifələrinə test imtahanlarının keçirilməsi oktyabr ayına planlaşdırılıb

Cəmiyyət Materials 1 İyun 2006 17:13 (UTC +04:00)

Azərbaycan məhəkəmələrində vakant hakim vəzifələrinə test imtahanlarının keçirilməsi oktyabr ayına planlaşdırılıb.
Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyev bildirib ki, hakim olaq üçün 350-dən artıq hüquqşünas öz sənədlərini HSK-ya təqdim edib. Həmin hüquqşünasların əksəriyyəti vəkilliklə məşğul olanlardır. İyul ayında isə sənəd qəbulunun yekunlaşacağı gözlənilir.

"Ötən imtahanları müvəffəqiyyətlə başa vurmuş vakant hakim yerlərinə namizədlər hazırda məhkəmələrdə təcrübə keçirlər. Daha bir imtahandan sonra isə onların yalnız hakim vəzifələrinə təsdiqlənmələri qalır. Yalnız bundan sonra hazırda sənəd verənlər eyni mərhələləri sıfırdan başlayaraq keçəcəklər" - deyə İ.Nağıyev söyləyib.

Xəbər lenti

Xəbər lenti