"Neftçi" yaxın vaxtlarda aparıcı futbolçularla onların müqavilələrinin uzadılması barədə danışıqlara başlamaq niyyətindədir.
Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə bildirdiyinə görə, bir çox futbulçuların müqaviləsi mövsümün sonunda başa çatır. "Bu, əsasən yerli oyunçulara aiddir. Belə ki, legionerlərin çoxu "Neftçi" ilə daha bir il müddətinə bağlıdır" - deyə S.Səfiyarlı vurğulayıb. Təbii, milli futbolun flaqmanı öz tanınmış liderlərini saxlamaq niyyətindədir və bütün səylərini buna yönəldəcək.
Qeyd etmək lazımdır ki, vaxtı ilə "Neftçi"nin keçmiş məşqşisi Ağasəlim Mircavadov komandanın vitse-prezidenti Ramin Musayevlə gələn mövsümdə tərkibin gücləndirilməsi mümkünlüyü haqqında söhbət edib.