...

İradə Haşımova Milanda altıncı yeri tutub

Cəmiyyət Materials 5 İyun 2006 19:24 (UTC +04:00)

Gullə atıcılığı proramı üzrə Olimpiadanın bürünc mükafatçısı İradə Haşımova Milanda Dünya kuboku mərhələsində altıncı yeri tutub.

Trend in xəbər verdiyi kimi, kiçik kalibrli tapançadan iyirmi beş metrə atış zamanı idmançı səkkizliyə düşərək, özünü uğurla göstərib. Yarışın həlledici mərhələsində İ.Haşımovanı beşinci yerdən cəmi 1,4 xal ayırırdı. Eyni zamanda Nigar Bağırova beş yüz yetmiş üç xalla on üçüncü yeri tutaraq, öz komanda yoldaşından pis çıxış edib.

Xatırladaq ki, yarış lisenziya xarakteri daşıyırdı və 2008-ci ilin Olimpiya oyunlarına vəsiqə qazanmaq şansı Dünya kubokunun gələn mərhələlərində də davam edəcək ki, burada Azərbaycan atıcıları öz məsələlərini minimal şəkildə həll etməyə çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti