...

Antalyada Azərbaycan Ədəbiyyati Antologiyasinin təqdimat mərasimi kecirilib

Cəmiyyət Materials 6 İyun 2006 16:13 (UTC +04:00)

Turkiyənin Antalya vilayətinde dunya azərbaycalilarının silsile konfransları cərcivəsində kecirilən novbəti tədbir Azərbaycan ədəbiyyati Antologiyasinin təqdimat mərasimi oldu. Trend in xususi muxbiri xəbər verir ki Xarici Ölkələrdə Yaşayan Azərbaycanlilarla Iş uzrə Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adina Ədəbiyyat Institutu tərəfindən "Azərbaycan Ədəbiyyatı Antologiyasi" CD Diski təqdim edilib.

Diskə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən başlayaraq 19-cu əsrə qədər olan numunələri daxil edilib. Coxlu sayda dastanlar, atalar sözləri, nağillar, şerlər, şairlərin həyat ve yaradıcılıqları və sair zəngin məlumatlar diskdə yer alib. CD Forum iştirakcilarına paylanılıb. Sonra Azərbaycan sənətcilərinin konsert proqrami ile mərasim davam etdirilib.

Xəbər lenti

Xəbər lenti