...

Budapeştdə təhsil alan azərbaycanlı tələbələr İran səfirliyi qarşısınd aksiya keçirib

Cəmiyyət Materials 7 İyun 2006 18:53 (UTC +04:00)

Budapeştdə təhsil alan azərbaycanlı tələbələr Güney Azərbaycanda milli hərəkata dəstək məqsədilə İranın Macarıstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib Trend xəbər verir ki, aksiyada 20-dən çox tələbə iştirak edib.

Güney azərbaycanlıların hüquqlarının bərpasını tələb edən aksiya iştirakçıları "Həbsdəki azərbaycanlılar azad edilsin!", "Dilimiz ölən deyil, fars dilinə dönən deyil!", "Öz dilimizdə danışmaq və təhsil almaq istəyirik!" şüarlar səsləndiriblər.

Aksiyanı lentə alan səfirliyin işçisi əvvəlcə qətnaməni qəbul etsə də, səfirliyin digər işçilərinin tələbi ilə qətnamə geri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti