...

Ekologiya Nazirliyi şirkətlər tərəfindən cərimələrin qismən ödənildiyini bildirir

Cəmiyyət Materials 8 İyun 2006 20:55 (UTC +04:00)

Ətraf mühiti çirkləndirən şirkətlər əsasən neft-qaz sektorunda çalışır və çox vaxt məhkəmə orqanlarına cərimə ödəmir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, məbləğ 30 mlrd. manat həcmində müəyyənləşdirildikdə, bunun yalnız 5 mlrd. manatı ödənilir.

"Ətraf mühitə vurulmuş ziyana görə cərimə ödənilməsi haqqında onlarla məhkəmə hökmü var ki, bunlar hələ də icra olunmayıb və bu bir daha sübut edir ki, ekoloji problemin səbəbi insanların şüurundadır" - deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, cərimə ödəməyən şəxslər nəzərə almalıdır ki, bu vəsaitlər Maliyyə Nazirliyinin tənzimlədiyi Ətraf Mühitin Müdafiəsi üzrə Fonda köçürülür.

Xəbər lenti

Xəbər lenti