Azərbaycanda hemofiliya və talassemiyalı xəstələrin sayı rəsmi statistikaya nisbətən çoxdur. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 13-də Azərbaycan Səhiyyə nazirliyinin baş hemotoloqu, professor Çingiz Əsədov bildirib.
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, talassemiyalı xəstələrin sayı təxminən 1 min, hemofiliyalı xəstələrin sayı isə mindən çoxdur.
"Həqiqətdə bu göstərici xəstəliyin hər növünə görə 2 mindir. Hazırda biz bu xəstələr üzrə registr hazırlayırıq, ondan sonra maksimal şəkildə həqiqətə yaxın olan rəqəmi göstərmək olar", - deyə nazirlik nümayəndəsi qeyd edib.
Ç.Əsədov bildirib: "Son zamanlar Azərbaycan höküməti tərəfindən bu xəstələrə xüsusi diqqət ayrılır. Heydər Əliyev Fondunun da bu işdə böyük rolu var".