...

Azərbaycanlı cüdoçular Ukraynada fərqlənib

Cəmiyyət Materials 13 İyun 2006 16:42 (UTC +04:00)

Azərbaycanın cüdo komandası Novıy Kaxovkada (Ukrayna) başa çatmış yeniyetmələr arasında beynəlxalq turnirdə bir qızıl, iki gümüş və bürünc mükafat qazanıb.

"Lokomotiv" İdman Cəmiyyətindən Trend ə verilən məlumata görə, Anar Rüstəmov yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Müşviq Yusubov və Mənsurə Cümşüdova aktivlərinə "gümüş" yazdırıb. İlk üçlüyü isə Fuad Qasımov qapayıb. O, həm də yarışın təşkilatçıları tərəfindən "Ən yaxşı texnikaya görə" xüsusi mükafatına layiq görülüb.

Qeyd etmək lazımdır ki, turnirdə Moldova, Belarus, Ukrayna və Rusiyadan 350-dən çox idmançı iştirak edib.

Xəbər lenti

Xəbər lenti