...

Məhkumların müvafiq qurumlara müraciəti sadələşdiriləcək

Cəmiyyət Materials 16 İyun 2006 13:30 (UTC +04:00)

Azərbaycandakı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar üzləşdikləri sosial və digər problemlər barədə "qaynar xətt" vasitəsiylə müvafiq qurumlara müraciət edə biləcəklər. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən məlumat verilib.

Lakin hələlik bu xətdən məhkumların yaxınları istifadə edə biləcək. Belə ki, məhkum qohumu ilə görüşmək üçün cəzaçəkmə müəssisəsinə gələn vətəndaşlar həm özlərinin, həm də məhkumun üzləşdiyi problemlər barədə "qaynar xətt" məqsədilə ayrılmış 493-24-86 saylı telefon nömrəsinə zəng vuraraq məlumat verə biləcəklər. Bir müddətdən sonra isə bu imkan məhkumların özlərinə də şamil olunacaq.

Belə ki, məhkumlar cəzaçəkmə müəssisələrindən "qaynar xətt"lə əlaqə yarada biləcəklər. "Qaynar xətt"ə müraciətlə bağlı təlimatlar artıq elan şəklində cəzaçəkmə müəssisələrindəki görüş otaqlarının divarlarına vurulub.

"Qaynar xətt" cəzaçəkmə müəssisələrindəki şəffaflığı və məhkumların hüquqlarını təmin etmək məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti