Azərbaycan voleybol yığmasının veteranları Yelena Şabovta və İnessa Qorxmaz iyulun əvvəlində Yekaterinburqda Rusiyanın 1-ci prezidenti Boris Yeltsinin şərəfinə təşkil olunacaq Kubokda komandanın tərkibində çıxış edəcək.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, kollektivin baş məşqçisi Faiq Qarayev oyunçuları dünya çempionatına hazırlıq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edən qarşıdakı turnirdə işirak etmək üçün geri çağırıb. "Y.Şabovta və İ.Qorxmaz tezliklə Bakıya gəlməlidir və onlar nüfuzlu turnir ərəfəsində komandanın tərkibində məşqlərə başlayacaq. Məşqçilər qərargahı bu təcrübəli voleybolçulara və yerdə qalan digər oyunçulara çox ümid bəsləyir", - deyə Z.Gözəlbəyli vurğulayıb.
Xatırladaq ki, Xorvatiyada keçirilmiş Avropa çempionatından sonra F.Qarayev veteranların xidmətindən imtina etməyi planlaşdırsa da, sonradan fikrini dəyişib.