...

Prezidentin məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə dair fərmanından sonra 23 hakim barədə intizam icraatı başlanıb

Cəmiyyət Materials 21 İyun 2006 16:51 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə dair 19 yanvar 2006-cı il tarixli fərmanından sonra 23 hakim barədə intizam icraatı başlanıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

Belə ki, həmin fərmana uyğun olaraq Ədliyyə Nazirliyi məhkəmələrin monitorinqini həyata keçirib və müəyyən edilib ki, bəzi hakimlər tərəfindən əmək icra intizamı pozulub, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilib, süründürməçilik hallarına yol verilib.

Məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hakimlər barədə intizam icraatı başlanıb.

Qeyd edək ki, son bir il ərzində ümumilikdə 47 hakim barədə intizam icraatı başlanıb.

Xəbər lenti

Xəbər lenti