İslandiyanın "Hafnarfordur" klubu iyunun 23-də UEFA-nın qərargah mənzilində və Nyonda püşk atma mərasiminin keçiriləcəyi Çempionlar Liqasının ilk təsnifat raundu üzrə "Bakı"nın rəqibi ola bilər.
Trend in xəbər verdiyi kimi, Böyükağa Hacıyevin yetirmələri birinci raund çərçivəsində Sloveniyanın "Qoritsa", Finlandiyanın "MyuPa", Kiprin "Apollon" Bosniyanın "Şiroki brieq", Liepayanın "Metallurq", Tiraspolun "Şerif", Gürcüstanın "Sioni", Litvanın "Ekranas", Maltanın "Birkirkara" və Makedoniyanın "Rabotniçka" klubları ilə görüşə bilər. Püşkatmaya UEFA Komitəsinin klub yarışları üzrə üzvü Jan Furne-Fayar və komitənin rəhbəri Mikele Çentenaro başçılıq edəcək.
Qeyd edək ki, ilk oyunlar iyulun 11-12-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.