Azərbaycanda təhsil portalı yaradılacaq. Təhsil Nazirliyindən Trend ə verilən məlumata əsasən, portal Amerikanın "Project Harmony"təşkilatı ilə birgə həyata keçirilən "Koordinasiya və Mübadilə" proqramı çərçivəsində yaradılacaq.
Proqram 71 məktəb, 18 şəhər və rayonu əhatə edir. Bu məktəblərdə artıq internet-kompüter mərkəzləri yaradılıb və hər bir mərkəzə 15 min dollar dəyərində avadanlıq verilib.