...

Səhiyyə Nazirliyi özəl tib müəssisələrində tariflərin əlaqələndirilməsi məsələsinin müzakirəsi mümkünlüyünü istisna etmir

Cəmiyyət Materials 30 İyun 2006 17:50 (UTC +04:00)

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində tariflərin əlaqələndirilmə mexanizmini hazırlamağı planlaşdırır. Bu barədə, Trend xəbər verir ki, təhsil nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ nazirlik tərəfindən müzakirə olunmur, lakin onun həllinə böyük ehtiyac var.

"Hazırda biz yalnız dövlət tibb müəssislərində xidmət tariflərini nizamlayırıq" - deyə E.Ağayev bildirib.

Pullu tibbi xidmətlərin təşkili məsələsində böyük çatışmazlıqların olması üzündən ilin əvvəlində Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkilini şöbəsinin Lisenziyalaşdırma və Nəzarət sektoru ilə Tarif Şurası müxtəlif xidmət növlərinin qiymətlərinin kalkulyasiyasını hazırlayıb. Kalkuyasiya 4 min tib müəssisəsini əhatə edib.

"Nazirlik 4500 tibbi xidmət növü üzrə tariflər hazırlayıb ki, bunlar yaxın vaxtlarda Tarif Şurası tərəfindən nəzərdən keçiriləcək" - nazir müavini vurğulayıb.

Ümumilikdə 2005-ci ildə nazirliyin nəzdində olan 4 min tibb müəssisəsi və idarədən 160-ı pullu xidmət göstərir, 108 obyekt isə təsərrüfat hesabına keçib.

Xəbər lenti

Xəbər lenti