...

Azərbaycan ombudsmanı AŞ nümayəndəsini qəbul etdi

Cəmiyyət Materials 1 İyul 2006 13:39 (UTC +04:00)

Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Avropa Şurasının (AŞ) I baş direktoratının eksperti, Azərbaycanın həbs cəzası sisteminin islah edilməsi üzrə layihənin rəhbəri Roman Xunanı qəbul edib. Bu barədə Trend ə ombudsman aparatından xəbər veriblər.

R.Xuna ölkənin həbs cəzası sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, yerli qanunvericiliyin beynəlxalq standartlara unifikasiyası, məhbusların həbsxanalarda saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəldmiliş layihənin məqsəd və vəzifələri haqqında ombudsmana məlumat verib. Onun sözlərinə görə, layihə həbs cəzası sisteminin təkmilləşdirilməsi üzrə AŞ proqramının bir hissəsidir və onun həyata keçirilməsində Azərbaycanın ombudsmanının rolu labüddür.

Azərbaycan ombudsman institutu tərəfindən bu sahədə aparılan iş barədə qonağa məlumat verərək, E.Süleymanova bildirib ki, ölkənin müstəqil olduğu müddətdə 7 amnistiya aktı və 40 əfv elan olunub, ombudsmanın dövlət başçısına müraciəti nəticəsində isə 155 məhbusa amnistiya verilib. Ombudsman maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları üçün treninqlərin keçirilməsi barədə təşəbbüslə çıxış edib.

Xəbər lenti

Xəbər lenti