...

Ədliyyə naziri Fikrət Məmmədov AŞ Hüquqi məsələlər üzrə Baş Direktorluğunun proqram məsləhətçisi ilə görüşüb

Cəmiyyət Materials 3 İyul 2006 18:01 (UTC +04:00)

İyulun 3-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov AŞ Hüquqi məsələlər üzrə Baş Direktorluğunun proqram məsləhətçisi, Bakıda səfərdə olan Roman Huna ilə görüşüb. Bu barədə Trend ə Azərbaycanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Avropa Şurası və Avropa Komissiyasının Azərbaycanın penitensiar sistemində islahatların aparılmasına dair birgə Layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Penitensiar sahədə islahatların gücləndirilməsinə, idarəçilik üsullarının təkmilləşdirilməsinə, əməkdaşların tədrisinə və məhkumların reabilitasiyasına yardım məqsədi daşıyan layihə çərçivəsində görülən işlərə toxunan Roman Huna yaradılmış zəruri şəraitə və səmərəli əməkdaşlığa görə nazirliyin rəhbərliyinə, Baş İdarənin kollektivinə təşəkkürünü bildirib. O, Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatların əhəmiyyətini vurğulayıb.

Dövlət başçısının tapşırıqlarına əsasən son dövrdə penitensiar sistemdə mövcud olan ciddi nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən əsaslı tədbirlərdən danışan Fikrət Məmmədov isə öz növbəsində qanunçuluğun təmin olunması, islah prosesinin düzgün təşkili, məhkumların hüquqlarının müdafiəsi istiqamətində görülən işləri qonağın diqqətinə çatdırıb.

Görüşdə həmçinin əməkdaşlığın perspektivləri müzakirə olunub, Layihə çərçivəsində həyata keçirilən tədbirlər və digər konkret məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti