...

Dövlət Baytarlıq Xidməti "quş qripi"nin gözlənilən təkrar yayılması çərçivəsində önləyici tədbirlər həyata keçirir

Cəmiyyət Materials 3 İyul 2006 18:50 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" virusunun gözlənilən təkrar yayılması üzrə önləyici tədbirlər həyata keçirir. Bu barədə Trend ə Dövlət xidmətinin direktor müavini Emin Şahbazov xəbər verib.

Onun sözlərinə görə, quşların bu virusdan məhv olmasından sonra yaranan sakitliyə baxmayaraq, xidmət dezinfeksiya vasitələrinin bölgələrə gətirməkdə davam edir, əvvəlki kimi rayonlarda mobil qruplar işləyir, maarifləndirmə məqsədi ilə plakatlar, müxtəlif materiallar çap olunur, treninq və seminarlar keçirilir.

E.Şahbazov bildirib ki, Dövlət xidməti mütəmadi olaraq Səhiyyə, Ekologiya nazirliklərinin, ovçular cəmiyyətinin mütəxəssisləri ilə birgə monitorinqlər keçirir. "Sonuncu dəfə belə monitorinq iyunun əvvəlində keçirilib, nəticədə xəstəliyin heç bir əlaməti qeyd olunmayıb", - deyə o qeyd edib.

Lakin, direktor müavini hesab edir ki, virusun Azərbaycanda ikinci dəfə yaranma təhlükəsi oktyabr ayında - vəhşi quşların uçub gəldiyi vaxt ola bilər. "Biz bu dövrə hazırlaşır və müvafiq tədbirlər görürük", - deyə E.Şahbazov qeyd edib.

Xəbər lenti

Xəbər lenti