...

İbrahim İbrahimli: "Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı avqustda müzakirə ediləcək"

Cəmiyyət Materials 5 İyul 2006 17:00 (UTC +04:00)

Millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayətin verilməməsi istisna deyil. Bu barədə Trend ə Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi aprelin 26-da millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan Müsavat Partiyasının apellyasiya şikayətinə baxıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Mayın 26-da isə Apellyasiya Məhkəməsinin qərarı Müsavat Partiyası rəhbərliyinə daxil olub.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsindən partiya rəhbərliyinə daxil olan qərarda 3 ay müddətində Ali Məhkəməyə şikayət edilməsi göstərilib: "Qarşıda bir ay vaxtımız var. Bu məsələ öncə MNTK-da müzakirə ediləcək. Daha sonra Divanın müzakirəsinə veriləcək. Məqsədimiz odur ki, Apellyasiya Məhkəməsinin qərarını ləğv etdirək".

"Partiya rəhbərliyi Ali Məhkəməyə müraciət etmək barədə fikrindən daşına bilərmi" sualımızı cavablandıran İ.İbrahimli bunun istisna olunmadığını söyləyib: "Bu məsələni avqustda müzakirə edəcəyik".

Xəbər lenti

Xəbər lenti