...

Avropa kuboklarında iştirak edəcək Azərbaycan klubları UEFA-ya müraciət edib

Cəmiyyət Materials 6 İyul 2006 14:44 (UTC +04:00)

Avropa kuboklarında iştirak edəcək Azərbaycan klubları UEFA-ya ərizə ilə müraciət edib.

Daxili Yarışların Keçirilməsi üzrə Assosiasiya Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata əsasən, "Bakı", "Karvan" və "Qarabağ" beynlxalq görüşlərlə əlaqədar tərkiblərini müəyyənləşdirib. Ölkə çempionu olan "Bakı" ərizə vərəqəsinə Emin İmaməliyevin adını daxil etməyib, halbuki onunla bağlanmış müqavilənin müddəti hələ başa çatmayıb. Ağdamlılar isə "Neftçi"dən Zaur Tağızadə və Georgi Adamiyanı kirayələməyib.

Qeyd edək ki, Avropa kuboklarının ilk matçları gələn həftə başlanacaq.

Xəbər lenti

Xəbər lenti