...

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bəzi diaspor nümayəndələrinin ittihamlarına aydınlıq gətirib

Cəmiyyət Materials 10 İyul 2006 18:25 (UTC +04:00)

"Amerika-Türk Assosiasiyaları Assambleyasının keçmiş sədri Ərcümənd Qılıncın Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə səsləndirdiyi ittihamlar əsassızdır". Bu burədə Trend ə Dövlət Komitəsindən açıqlama verilib.

Qeyd edək ki, hazırda Amerika Türk Toplumları Birliyinin sədri olan Ərcümənd Qılınc KİV-ə açıqlamsında Dövlət Komitəsinin fəaliyyətini tənqid edib, bildirib ki, bu qurum fəaliyyətini düzgün qurmayıb, disapor sahəsinə ayrılan pullar havaya sovrulur, lazımi istiqamətə ayrılmır. Ərcümənd Qılınc hesab edir ki, Komitənin fəaliyyətində islahatlar aparmaq lazımdır. O, Antalyada keçirilən Dünya Azərbaycanlıları Ziyalıların I Forumunda ziyalıların böyük əksəriyyətinin təmsil olunmadığını deyib.

Dövlət Komitəsinin mətbuat və informasiya xidmətinin rəhbəri Elşad Miraləm bunlarla əlaqədar qurumun mövqeyini açıqlayarkən deyib ki, Ərcümənd Qılıncın fikirləri onlar üçün gözlənilməz olub. O, Ə.Qılıncın hələ Amerika-Türk Assosiasiyaları Assambleyasının prezidenti olarkən Dövlət Komitəsi ilə sıx əlaqələrinin olduğunu xatırladıb: "Ərcümənd bəyin ittihamları isə sağlam məntiqə əsaslanmır. Antalyada keçirilən Forum müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət, incəsənət xadimlərinin toplantısı idi. Gələcəkdə biz azərbaycanlı elm adamlarının, jurnalistlərin forumlarının keçirilməsini də nəzərdə tutmuşuq. Yəni, bunlar başqa-başqa sahələrdir. Bizim üçün təəccüblüdür ki, Ərcümənd bəy öz fikirlərini birbaşa bizə deyil, KİV-lər vasitəsilə deməyə üstünlük verib".

Qeyd edək ki, Amerika-Azərbycan Cəmiyyətinin sədri Tomris Azəri də Dövlət Komitəsindən narazılığını bildirib, Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması barədə Komitədən ona məlumat verilmədiyini deyib. Tomris Azəri bu Assambleyanın yaradılması üzrə Təşkilat Komitəsinin üzvü olmadığını və bu Assambleyaya da qoşulmayacağını bildirib. Komitənin mətbuat katibi E.Miraləm Tomris xanımın fikirlərinin Dövlət Komitəsindən təəccüblə qarşılandığını deyib. Onun sözlərinə görə, Assambleyanın yaradılması barədə Tomris xanımı məlumatlandırıblar və o da bu təşəbbüsü müsbət qarşılayıb və dəstəkləyib: "Antalyada keçirilən Forum çərçivəsində Amerikadakı Azərbaycan icmalarının toplantısı oldu və Tomris xanım da dəvətli idi. Həmin tədbir vaxtı Tomris xanım İstanbula getdiyi üçün toplantıya qatıla bilmədi və dedi ki, görüşdə çıxrılan qərarları təqdir edəcək. Sonradan onun belə fikirlər səsləndirməsi bizim üçün gözlənilməz və təəccüblü oldu". E.Miraləm bildirib ki, Tomris Azəri Azərbaycan diasporunun inkişafınd

a böyük xidmətləri olan şəxslərdəndir və Dövlət Komitəsi öz fəaliyyətində hər zaman bunu nəzərə alır və bundan sonra da onunla əməkdaşlığını davam etdirəcək.

Komitə nümayəndəsi onu da qeyd edib ki, Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması təşəbbüsü Dövlət Komitəsinin deyil, ABŞ-dakı Azərbaycan icmalarının öz ideyasıdır. Komitə sadəcə bu təşəbbüsə dəstək verir və həyata keçməsi üçün öz köməyini göstərir: "Biz həmin icmaların öz müraciətləri əsasında onların belə təşəbbüslərinə qoşuluruq. Komitənin hansı ölkədəsə təşkilat yaratmaq hüququ yoxdur. Biz Komitədən narazı qalan diaspor nümayəndələri ilə əlaqələr qurub, bu məsələləri araşdıracağıq. Bundan sonra da çalışacağıq ki, diasporumuz vahid güc mərkəzində birləşsin".

Xəbər lenti

Xəbər lenti