...

Azərbaycan beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Cəmiyyət Materials 11 İyul 2006 13:33 (UTC +04:00)

İyulun 11-dən 16-dək Belqradda (Serbiya) "Sərhədsiz yaradıcılıq" adlı beynəlxalq ideyalar festivalı keçirilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, festivalın təşkilatçısı Avropa Şurasının (AŞ) Mədəni və Təbii İrs Departamentidir.

AŞ Mədəni və Təbii İrsi Departamentinin direktoru R.Palmer bu tədbirdə iştirak etmək üçün ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə dəvət ünvanlayıb. Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin incəsənəti idarəetmə sektorunun müdiri Leyla Axundzadə təmsil edir.

Xəbər lenti

Xəbər lenti