...

Magistr dərəcəsi üzrə ikinci ixtisas almaq istəyənlər və əcnəbilər yalnız ödənişli əsasda ixtisas seçə bilər

Cəmiyyət Materials 11 İyul 2006 18:36 (UTC +04:00)

2006-2007-ci tədris ili üzrə Azərbaycan universitetlərində magistraturaya qəbul qaydalarına əsasən, magistr dərəcəsi üzrə ikinci ixtisas almaq istəyənlər və əcnəbilər yalnız ödənişli əsasda ixtisas seçə bilər. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından xəbər veriblər.

Xarici ölkə vətəndaşları və xarici universitetləri bitirmiş Azərbaycan vətəndaşları sənədlərini TQDK yanında Sənəd Qəbulu Komissiyasına təqdim etməlidir.

Qeyd edək ki, 2006-2007-ci tədris ilində Azərbaycan universitetlərində magistratura dərəcəsi üzrə 4360 yer ayrılıb. Azərbaycan bölməsi üçün 3085, rus bölməsi üçün isə 673 yer nəzərdə tutulub. Bunların 1737-i ödənişsiz, 2623-ü isə ödənişlidir.

Sənəd qəbulu iyulun 7-dən başlayıb. Bu il 38 universitet (25 dövlət və 13 özəl) magistraturaya tələbə qəbul edir.

Xəbər lenti

Xəbər lenti