...

Azərbaycanın alpinistlər komandası Lenin zirvəsini fəth etməyə yollanıb

Cəmiyyət Materials 12 İyul 2006 15:27 (UTC +04:00)

Respublika Alpinistlər Klubunun sədri Saridan Mursaqulovun başçılıq etdiyi Azərbaycanın alpinistlər komandası Lenin zirvəsini (7134 m) fəth etmək üçün Pamirə yola düşüb.

S.Mursaqulovun özünün Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə vaxtilə Xan-Tenqri zirvəsini fəth etmiş Akif Rüstəmov, Sırxan Məmmədov və Aleksey Xandoşka daxildir. Sonuncu Mak Kinliyə təşkil olunmuş ekspedisiyanın iştirakçısı, işinin çoxluğu ilə əlaqədar səfərə gedə bilməyən Faiq Mursaqoulovu əvəz edib. Qeyd edək ki, komandanın rəhbəri 1989-cu ildə artıq bu məşhur zirvəyə çıxıb. Buna görə də bu rayona səfər təcrübəsinə malikdir.

Alpinizm mövsümü artıq başladığından ekspedisiya zamanı azərbaycanlı alpinistlərə Qırğızıstan və digər ölkələrdən həmkarlarının qoşulacağı istisna olumur.

Xəbər lenti

Xəbər lenti