...

Azərbaycanın Ekologiya Nazirliyi bir sıra şəhərlərdə aparılmış reydlərin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 13 İyul 2006 16:00 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları cari ilin 1-ci yarısında Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə, Tərtər və Kəlbəcər rayonlarında "Ətraf mühitin mühafizəsi" haqqında Azərbaycan Respublikası Qanunun tələbləri daxilində reyd və yoxlamalar keçirib.

Trend in Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, reydlərin nəticələri üzrə 130 akt və 84 protokol tərtib edilib. Nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün 47 məcburi göstəriş verilib. 82 iş üzrə 3399 manat məbləğində cərimə qərarları verilib, 10 iş üzrə 2255 manat 88 qəpik məbləğində vəsaitin ödənilməsi təmin edilib.

10 iş üzrə 1541 manat 69 qəpik məbləğində iddia qaldırılıb və ödənilməsi təmin edilib. 2005-ci ildən qaldırılmış 1 iş üzrə 400 manat məbləğində iddia işi məhkəmə tərəfindən ödənilib. Qeyri-qanuni fəaliyyət göstərən bir gön-dəri sexinin fəaliyyəti birdəfəlik dayandırılılıb. Rayon və şəhər məhkəmə icraçılarına ümumi məbləği 1600,50 manat olan 16 iş göndərilib. Bunlardan 3 iş üzrə iddianın ödənilməsi təmin edilib. Məhkəmələrə isə 1360,15 manat məbləğində 2 iş təqdim edilib.

Torpaq ayırmaları üzrə 37 sənədlə əlaqədar baxış zamanı akt tərtib edilmiş, müvafiq rəy verilərək, Ətraf Mühitin Mühafizə Fonduna 1210 manat məbləğində torpaqayırma haqqının ödənilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti