...

Azərbaycan gimnastları Avropa çempionatına hazırlaşmağa başlayıblar

Cəmiyyət Materials 13 İyul 2006 18:34 (UTC +04:00)

Moskvada keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində Azərbaycan idmançıları bütün ehtimal olunan hazırlıqlarda iştirak etməyi planlaşdırırlar.

Milli federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, yığmanın liderləri Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva Rusiya gimnastları ilə birgə məşqlərdə iştirak etmək üçün Budvadadırlar (Çernoqoriya). Əsas diqqət xüsusi fiziki hazırlığa, proqramın mürəkkəb elementlərinin məşq edilməsinə və gələcək çempionat çıxışlarına hazırlığa yönəldilib.

Ölkənin qrup tapşırıqları üzrə komandası da məşqlərə hazırlaşır. Tərkibində Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Trepina, Səbinə Alxazova və Samirə Əliyevanın olduğu kollektiv iyulun 17-24-də Nabranda məşq edəcəklər. İyun ayının sonunda Bakıda olan Rusiya mütəxəssisi İrina Zenovka komandanın 5 lent və 3 çənbər/4 gürzlə yerinə yetirdikləri tapşırıqlara baxıb. "Mən bu kompozisiyaları bir qədər mürəkkəbləşdirdim. Bu elementlər, mənim fikrimcə, kompozisiyalara daha çox zəriflik və artistizm verəcək. Bu, güclü tərkibə və güclü xarakterə malik yaxşı və təcrübəli komandadır. Ona görə də hesab edirəm ki, bu komanda 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarında çıxış edə biləcək və çıxış etməlidir", - deyə İ.Zenovka vurğulayıb.

Gənc gimnastlara gəlincə isə, beş gimnast - Zeynəb Cavadlı, Zülfiyə Əliyeva, Leyla Şamilova, Nigar Mirzəyevə və Ceyla Quliyeva avqustun əvvəlinjə Gəncədə 10 günlük hazırlıq keçirəcəklər. Məşqlər Olimpiya kompleksində keçiriləcək və məşqlərə N.Qasımova rəhbərlik edəcək. Paralel olaraq, o, perspektiv gənc gimnastları gözdən keçirəcək və onlar üçün bir neçə yeni tapşırıq hazırlayacaq.

Eyni zamanda, Avropa gimnastika ittifaqında (UEG) qitənin XII sentyabr çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, fərdi proqramda çıxış edən Azərbaycan gimnastları güclü B qrupuna düşüblər. Təcrübəli gimnastlar 11 və 19 sayı altında, gənc gimnastlar isə 21 sayı altında çıxış edəcəklər. Qrup komandası isə altıncı çıxış edəcək. Avropa çempionatında dünyanın 33 ölkəsinin gimnastları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti