...

Azərbaycanlı boksçular Elçin Əlizadə və Ceyhun Əbiyev Avropa Çempionatında qələbə qazanıb

Cəmiyyət Materials 17 İyul 2006 11:11 (UTC +04:00)

Azərbaycanlı boksçular Elçin Əlizadə (91 kq) və Ceyhun Əbiyev (48 kq) Plovdivdə keçirilən Avropa Çempionatında qələbə qazanıb.

Trend in xəbər verdiyi kimi, dünya birinciliyinin gümüş mükafatçısı E.Əlizadə ikinci döyüşdə çex Viktor Lukaşı aşkar üstünlüklə məğlub edib. Referi 3-cü raundda görüşü dayandırıb və idmançı medal uğrunda mübarizəni davam etdirib. Onun komanda yoldaşı C.Əbiyev əvvəlcə belorus Anton Bekişin (39:21) müqavimətini qırıb, daha sonra isə Məhəmməd Nəsiri üzərində 21:17 hesabla qələbə qazanıb.

Emil Kərimov (+91 kq) da Plovdiv rinqinə ilk çıxışını qeyd edib. Nəsimi Aydınov isə bolqar Spas Genova məğlub olaraq yarışı tərk edib.

Xəbər lenti

Xəbər lenti